4. Elmi-mədəni fəaliyyətlər üçün şəraitin hazırlanması

4. Elmi-mədəni fəaliyyətlər üçün şəraitin hazırlanması

Kərbəla inqilabı və onun rəhbərinin şəhadəti, eləcə də, onun qalan nəsli, məxsusən, İmam Səccadla (ə) Xanım Zeynəbi-Kübranın (s.ə.) Kufə və Şam şəhərlərində geniş təbliğatı camaat arasında müxtəlif mövzuları gündəmə gətirdi. Həmçinin “Aşura” faciəsindən sonra müxtəlif qiyamların baş qaldırması və camaatın Əməvilər hakimiyyətinin şəri-dini ölçülərlə uzlaşmamasından agah olması sonrakı imamların, xüsusilə, İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqin (ə) güniş elmi-mədəni fəaliyyətlərinə şərait yaratdı. Onlar, Əhli-beytin məhəbbətini, Əməvilərin kütləvi qırğınlara cürət etməməsi və onların digər qiyam və yürüşləri aradan qaldırmağa məşğul olmasını nəzərə alaraq, həqiqi İslamın və Əhli-beyt (ə) məzhəbinin hərtərəfli tanıtdırılmasında möhkəm addımlar atdılar və ali-Muhəmmədin (s) elmlərini təbliğ etdilər.

İmam Səccadın (ə) elmi və fərqli mövqeyi onu müsəlmanlar arasında misilsiz elmi qaynağa çevirdi. O Həzrət elmi və mədəni yollarla həm ümumi mədəniyyətdə dəyişiklik yaradaraq Əhli-beyt məzhəbini geniş yaydı, həm də siyasi sahədə öz təsirini göstərdi. Ömər ibn Əbdüləziz tərəfindən Müaviyənin İmam Əliyə (ə) nalayiq sözlər deməklə bağlı bidətinin və Yezidin “möminlərin əmiri” adı ilə çağırılmasının ləğvi məsum imamların elmi və mədəni fəaliyyətlərindən təsirlənmədiyini deyə bilmərik. Camaat Əməvilər hakimiyyəti dövründə dinlə siyasətin ayrı olmasını açıq-aşkar qəbul etmişdi. Onlar elm, maarif və dini məsələləri öyrənmək üçü məsum imamlara müraciət edir və onlar da cəmiyyətdə misilsiz elmi, dini və irfani mövqelərini qazandılar.

Əhli-sünnə alimlərinin İmam Səccad (ə), ondan sonra “Baqirül-ülum” (elmləri yaran) ləqəbi ilə tanınan İmam Muəmməd ibn Əli (İmam Baqir) (ə), ondan sonra da İmam Sadiqin (ə) elmi-dini məqamına etirafları və onların digər İslam məzhəblərinin rəhbərlərinə birbaşa və ya dolayısı ilə təsiri bu həqiqətə canlı şahiddir. Məhz bu səbəbdən də, bu gün insaniyyət İmam Hüseynə (ə) və onun inqilabı ilə fəxr edir və o Həzrəti irqi, dili, milliyyəti, məntəqəsi və məzhəbindən asılı olmayaraq öz rəhbəri bilir. Bu baxımdan çağdaş dünyamızda müxtəlif cəmiyyətlərin və hətta qeyri-müsəlmanların İmam Hüseyn (ə) və onun inqilabına üz tutmasının şahidiyik! (“Məcmueye məqalate İmam Hüseyn (ə)”, Elmi heyət, c.11, səh.123-135.)

Hindistanlı Mahatma Qandi və bir çox hind rəhbərləri, livanlı, avropalı və amerikalı xristian tədqiqatçılarından tutmuş İslam rəhbərlərinə qədər İmam Hüseyn (ə) və Kərbəla inqilabı ilhambəxş örnək, qəhrəmanlıq və azadlıq simvolu kimi tanıtdırılır.

İmam Hüseyn (ə) və bacısı Xanım Zeynəbin (s.ə.) məruz qaldığı bütün müsibətlər həm mübarizlər, həm də müsəlmanlar və bəşəriyyət üçün gündəlik həyat örnəyidir. Əhli-beyt (ə) və Kərbəla şəhidlərinə əzadarlıq dinin dirçəlişi və həqiqi İslam dəyərlərinin inkişafı uğrunda mühüm rol ifa etmişdir. Elə buna görədir ki, İran İslam İnqilabının rəhbəri İmam Xomeyni buyurardı: “Bizim nəyimiz varsa, Məhərrəm və Səfər aylarının bərəkətindəndir.” Bu cümlə danılmaz tarixi bir həqiqəti, dinin və onun dəyərlərinn inkişafı uğrunda İmam Hüseyn (ə) və “Aşura” inqilabının rolunu aşılayır.

(“İnqilabi-Kərbəla əz didqahe əhli-sünnə – Əhli-sünnə baxımından Kərbəla inqilabı”, Ustad Əbdülməcid Nasiri Davud, səh.275-277.)

Maide.az – Maarif bölümü

 

 

Google+ WhatsApp ok.ru