400 min afrikalı malyariya xəstəliyindən ölüb

400 min afrikalı malyariya xəstəliyindən ölüb

 
"Ötən il Afrikanın təxminən 400 min sakini malyariya xəstəliyindən ölüb. Qitədə bu xəstəliyə yoluxanların ümumi sayı isə 190 milyon nəfər təşkil edir".
 
"TASS" agentliyinə istinadən verilən xəbərə görə, bu haqda BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik jurnalistlərə bildirib.
 
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının tərkibinə daxil olan 47 Afrika ölkəsinin rəsmiləri Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirdikləri görüşdə malyariyaya qarşı mübarizənin aktivləşməsinə hesablanmış yeni strategiyanı qəbul ediblər.
 
"Onlar konkret operativ tədbirlər və addımlar haqqında razılığa gəliblər. Əsas hədəf Afrika malyariyadan azad etməkdir", - deyə Dyujarrik bildirib. BMT baş katibinin rəsmi nümayəndəsinin sözlərinə görə, 2000-ci ildən bəri həyata keçirilən bir sıra proqramlar bu xəstəlikdən ölüm faizini 66 faizədək azaltmağa imkan versə də, qitə sakinləri hələ də malyariyadan əziyyət çəkir.
 
"Yalnız 2015-ci ildə Afrikada 190 milyon insan bu xəstəliyə yoluxub və onlardan 400 min nəfəri ölüb" – deyə o qeyd edib. (report) /
 

Google+ WhatsApp ok.ru