40 milyondan çox insan qul kimi istismar olunur

40 milyondan çox insan qul kimi istismar olunur

Bu gün dünyada 40 milyondan çox insan qul kimi istismar olunur. Quldarlığa qarşı mübarizə üzrə qeyri-hökumət təşkilatlarının hesabatlarına görə, ötən il 40 milyondan çox insan məcburi olaraq ev və digər ağır işlərə cəlb olunub. 
 
Maide.Az xarici KİV-lərə istinadla xəbər verir ki, modern quldarlıq hesab olunan bu məcburi fiziki əməyin istismarı bu gün dünyada, xüsusilə də Afrika, Asiya və Okeaniya ölkələrində geniş yayılıb. Hesablamalara görə, hər il məcburi əməyə cəlb edilən dörd nəfərdən üçü qadın və azyaşlı qızlardır. 
 
Beynəlxalq səviyyədə bu cinayət hesab olunsa da bu gün dünyada insanların qul kimi işədilməsi prosesi davam edir. Eyni zamanda qadınların və azyaşlı qızların məcburi olaraq cinsi istismara cəlb edilməsi halları da geniş yayılıb. /

Google+ WhatsApp ok.ru