40 milyon insan kölədir, onların dörddə biri uşaqlardır

40 milyon insan kölədir, onların dörddə biri uşaqlardır

Dünyadakı 40 milyondan çox insan müasir köləliyin qurbanlarıdır və onların dörddə biri uşaqlardır. 

Maide.Az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları Təşkilatı Şurasının Cenevrədəki 42-ci sessiyasında təqdim olunan köləliyin müasir formaları üzrə xüsusi məruzəçisi Urmila Bhulanın hesabatında deyilir.

Məruzədə deyilir ki, mövcud "müasir köləlik problemi" ətraf mühitin pozulması, miqrasiya və demoqrafik dəyişikliklər ilə daha da ağırlaşa bilər. Sənəddə qeyd olunur ki, milyonlarla "müasir kölələrin" 60 faizi özəl sektorda işləməyə məcburdur.

Hesabat müəllifi hesab edir ki, istismar və ya əsarət altına düşmə riski olan insanların sayının artması bir neçə amildən asılıdır.

  Sənəddə deyilir ki, bəziləri işlərini itirirlər, işdən narazı qalan gənclər təhlükəli kanallar vasitəsilə köçməyə məcbur olurlar ki, bu da onları problem qarşısında müdafiəsiz edir. Hesabata görə, dünyadakı "müasir kölələrin" yarısından çoxu Asiya-Sakit Okean bölgəsinin, ardınca isə Afrikanın payına düşür.

Google+ WhatsApp ok.ru