40 min tələbə ali məktəbdən çıxarılıb

40 minə yaxın tələbə ali məktəbdən çıxarılıb
 
Onlardan 17 minə yaxını təhsil haqqını ödəyə bilmədiyinə görə, ali məktəbdən qovulub.
 
1992–2015-ci illər ərzində ali məktəblərdən 40 minə yaxın tələbə xaric edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, bu müxtəlif səbəblərdən baş verib.
 
APA xəbər verir ki, 23 il ərzində 7391 nəfər akademik borca görə, 5991 nəfər digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar,
 
16587 nəfər isə təhsil haqqını ödəyə bilmədiyinə görə xaric edilib. Bundan başqa davamiyyətə görə və ya öz xahişi ilə 7567 nəfər tələbə ali təhsil almayıb. /

 

Google+ WhatsApp ok.ru