43 ölkədə aclığın ciddi səviyyədə olduğu bildirilir 15 Oktyabr 2019 12:34 Dünya 16 oktyabr- Dünya Ərzaq Günü ərəfəsində 14-cü illik Qlobal Aclıq İndeksi açıqlanıb. Bu indeksi “Concern Worldwide” və “Welthungerhilfe” təşkilatları birlikdə hazırlayır. Məqsəd qlobal, regional və ölkələr səviyyəsində yoxsulluğu izləmək və səviyyəsini ölçməkdir. İndeks həm də aclıqla bağlı maarifləndirməni artırmaq, onunla mübarizəni gücləndirməyə töhfə verməyi hədəfləyir. İndeksin hesablanması zamanı hər bir ölkədə pis qidalanan əhalinin sayı; 5 yaşınadək uşaqların pis qidalanma nəticəsində boyuna görə çəkisinin azlığı; 5 yaşınadək uşaqların yaşına görə çəkisinin azlığı və 5 yaşınadək uşaqlar arasında ölüm göstəriciləri öyrənilir. Bu il aclıq indeksi 117 ölkə üzrə hazırlanıb. Ümumiyyətlə, 117 ölkədən 43-də aclığın ciddi səviyyədə olduğu bildirilir. 4 ölkə – Çad, Madaqaskar, Yəmən və Zambiya təşviş doğuran səviyyədə aclıqdan əziyyət çəkir. Cənubi Afrika Respublikasında isə durumun aşırı təşviş yaradan səviyyədə olduğu bildirilir. Yüksək gəlirli ölkələr bu indeksə salınmasalar da, onlarda ərzaq çatışmazlığının dəyişkən, gözardı edilməyəcək səviyyədə olduğu vurğulanır. Ərzaq Çatışmazlığı Şkalası üzə çıxarıb ki, Avropa Birliyində yaşı 15-dək uşaqlı evlərin 18 faizi orta, yaxud kəskin ərzaq çatışmazlığı yaşayır. Bu dəfəki aclıq indeksi iqlim dəyişikliyi və aclığın təsirini öyrənib. /azadliq.org Teqlər : #ölkədə,#aclığın,#ciddi,#səviyyədə,#olduğu,#bildirilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İngiltərə Hindistanda müsəlmanların mənəvi irsini məhv edib NATO Əfqanıstanın şimal şərqinin bombalayır, ölənlər var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO