4 aydır maaşlarını ala bilməyən işçilər `AVESTA` konserninin binası qarşısında aksiya keçirirlər

"AVESTA" konserninin prezidenti Hacı İbrahim Nehrəmli maliyyə problemlərini heç cür yoluna qoya bilmir.
 
ANS PRESS-in məlumatıhna görə, hazırda "AVESTA" konserninin ofisinin qarşısında toplaşan işçilər maaşlarını ala bilmədiklərinə görə etiraz aksiyası keçirir.
 
Bu barədə ANS PRESS-ə etiraz edən işçilər xəbər verib. Onların sözlərinə görə, işçilər artıq dörd aydır ki, maaşlarını ala bilmirlər.
 
İşçilər hər gün rəhbərlik tərəfindən aldadıldıqlarını deyirlər. Onların sözlərinə görə, artıq 4-5 gündür ki, ofisə gəlib gedirlər. Ancaq işçilər hələ də maşlarını ala bilmədiklərini və hər dəfə yaxın günlərdə maaşları alacaqları barədə vədlər eşidirlər.
 
Hazırda ofis qarşısında toplaşan 20-ə yaxın işçi maaşlarını almayanadək ərazini tərk etməyəcəyini bildirir. Onların hamısı işdən xaric edilsə də 4 aylıq əmək haqqını ala bilməyib. /

Google+ WhatsApp ok.ru