4 gündür Qobu işıqsız qalıb

Abşeron rayonunun Qobu qəsəbəsindəki hərbi şəhərciyin sakinləri AzadlıqRadiosuna 4 gündür ki, işıqsız qaldıqlarını deyirlər. Şəhərcikdə yaşayan Səkinə Sarıyevanın sözlərinə görə, hər gün səhər saatlarından işıqlar söndürülür. Bir də gecəyarısı yandırılır:
 
«BİRİ HAMAMDA QALIR»
 
«Tək bizim ünvanda yox, bütün Qobuda söndürürlər. Bax, bu gün də söndürdülər. Biri hamamda qalır, birinin paltaryuyanı, birinin soyuducusu, birinin televizoru xarab olur. Hara müraciət edək, kimə deyək, bilmirik».
 
Qobu sakini Firuz Aslanov deyir, qəsəbənin icra nümayəndəliyinə də müraciət ediblər: «Deyirlər, biz də sizin kimi oturub gözləyirik ki, nə vaxt yandıracaqlar».
 
Abşeron rayon İşıq İdarəsindən «Qaynar xətt»ə bildiriblər ki, Qobuda elektrik enerjisi təminatının yaxşılaşdırılması üçün bəzi təmir işləri aparılır. Buna görə də qəsəbənin bəzi yerlərinə elektrik enerjisinin ötürülməsində son günlər fasilələr yaranıb.

Google+ WhatsApp ok.ru