4 hicab məhbusunun həbs müddəti bitir

2012-ci il 5 oktyabrda "Hicaba azadlıq" aksiyasında həbs edilən məhbuslardan 4-ünün həbs müddəti  bitir.
 
İslamazeri.az xəbər verir ki, bu gün hicab məhbuslarından Ruhid Abbasov, Arif Fətəliyev, Xudaverdi Abdullayev və Bayraməli Vəlişovun həbs müddəti bitir. 
 
Arif Fətəliyev Qaradağda yerləşən 14 saylı CÇM-dən, Bayraməli Vəlişov, Xudaverdi Abdullayev və Ruhid Abbasov isə Xələcdə yerləşən 5 saylı ÇCM-dən azadlığa çıxacaqlar.
 
Onlar 2012-ci ilin oktyabr ayının 5-ində keçirilən 3-cü "Hicaba azadlıq" aksiyasında həbs olunublar. Aksiya orta təhsil məktəblərində tətbiq edilən hicab qadağasına etiraz məqsədi ilə keçirilib./

Google+ WhatsApp ok.ru