4 yaşlı uşaq ömürlük həbsə məhkum edildi - Misirdə

Misirin Hərbi Məhkəməsi bazar ertəsi günü 4 yaşlı uşaq Əhməd Şərarəni  barəsində ömürlük  azadlıqdan məhrumetmə qərarı qəbul edib.
 
Maide.az beynəlxalq KİV-lərə istinadən məlumat verir ki, Məhkəmənin çıxardığı qərardan daha maraqlısı  bu 4 yaşlı uşağa qarşı irəli sürülən ittihamlardır. Belə ki, Əhməd Şərarə 2014-cü ildə Qahirənin Rabiə meydanında baş vermiş hadisələr zamanı dövlət təsisatlarına ciddi zərər və ziyan vurmaqda və 3 nəfəri qətlə yetirməkdə günahlandırılır.
 
Misir ordusunun sözçüsünün dediyinə görə, bu cinayətlə bağlı iş  2015-ci ilin fevralında Baş Prokurorluqdan Hərbi Proqkurorluğa göndərilib.
 
Cinayət işində Əhməd Şərarənin adı fərari şəxs kimi göstərilir.  /
 

 

Google+ WhatsApp ok.ru