5 əsr yaşı olan məscid 6 dəfə dağıdılıb -FOTO

5 əsr yaşı olan məscid 6 dəfə dağıdılıb -FOTO

-- Məscid yerli əhali tərəfindən `Yalnız gözəl` olaraq adlandırılır.

Bosniya və Hersoqovinanın Trebinye şəhərində yerləşən Zupa məscidi 6 dəfə dağılmasına baxmayaraq hər dəfə yenidən tikilib.
 
Maide.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, 500 illik tarixi məscid həmin bölgədə ən önəmli İslam abidələrindən biri hesab edilir.
 
Məscid sonuncu dəfə 1992-1995-ci illərdə Bosniya müharibəsində serblər tərəfindən dağıdılıb, lakin 2010-cu ildə yerli əhali tərəfindən təmir edilərək yenidən ibadətə açılıb.
 
Məscid yerli əhali tərəfindən "Yalnız gözəl" olaraq da adlandırılır.
 
Cəmi 16 müsəlmanın yaşadığı eyniadlı Zupa kəndində yerləşən məscid hazırda kilidlidir.
 
Digər şəhərlərdə yaşayan zupalılar xüsusi bayramlarda kəndə gəldiyi zaman məscid bayram namazları üçün açılır.
 
Qeyd edək ki, Zupa məscidi 17-ci əsrdə, 1807-ci, 1858-ci, 1914-cü və 1962-ci illərdə də müxtəlif savaşlarda dağıdılıb.
 
 

Google+ WhatsApp ok.ru