5 il fasilədən sonra 43 ölkənin iştirakı ilə Dəməşq Beynəlxalq Sərgisinin açılışı keçirilib - FOTO

5 il fasilədən sonra 43 ölkənin iştirakı ilə Dəməşq Beynəlxalq Sərgisinin açılışı keçirilib - FOTO

Terrorçu qüvvələrin Suriyada törətdiyi cinayətlərə görə 5 il idi ki, təşkili dayandırılmış Dəməşq Beynəlxalq Sərgisi ötən gün 43 ölkənin iştirakı ilə yenidən öz işinə başlayıb. 
 
Maide.Az xəbər verir ki, sərgidə iştirak edən ölkələr arasında ərəb ölkələri də var. 
 
Rəsmi Dəməşqin terrorizm üzərinə qələbəsi kimi simvolizə edilən bu sərginin açılış mərasimində Suriyanın baş naziri İmad Xəmis, Suriyada fəaliyyət göstərən xarici diplomatik korpusların nümayəndələri, səfirlər və dövlət qurumlarının rəsmiləri iştirak edib. 
 
Sərgidə Rusiya, Çin, Belarusiya, Yunanıstan, İran, Hindistan, Britaniya, Brazilya, İraq, Yəmən, Livan, Oman, Fələstin və digər ölkələrdən olan şirkətlər qida, kənd təsərrüfatı və digər sahələrə dair öz məhsullarını sərgiləyir.
 
Sərgi avqustun 26-nadək davam edəcək. /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru