50 nəfəri gün vurub, 19-u xəstəxanalara yerləşdirilib

50 nəfəri gün vurub, 19-u xəstəxanalara yerləşdirilib

İyunun 1-dən indiyədək günvurma ilə bağlı Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 50 nəfər müraciət edib.
 
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov məlumat verib.
 
Nazirlik rəsmisi qeyd edib ki, müraciət edənlərdən 19 nəfəri xəstəxanalara yerləşdirilib:
 
“Həmin şəxslərə bütün zəruri təcili yardım göstərilib. Xəstələr ambulator müalicənin davam etdirilməsi üçün evə buraxılıb”.
 
C.Xəlilov günvuran şəxslər arasında ölüm halının qeydə alınmadığını bildirib. /

Google+ WhatsApp ok.ru