'500-dən çox ailənin torpağını əlindən almaq istəyirlər' 12 Fevral 2017 02:00 Ölkə “300 sahibkardan torpaqlarından imtina etmək tələb olunur” Azadlıq. info saytı yazır ki, Şamaxı və Hacıqabul rayon icra orqanları vətəndaşlardan icarələrində olan torpaqlardan yazilı şəkildə imtina etməyi tələb edirlər. Bu haqda AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib ki, bu rayonlarda 50 min hektara yaxin qış otlaq sahələri təyinatı dəyişdirilmək adi ilə hər iki rayonun hakimiyyət strukturları tərəfindən ələ keçirilmək təhlükəsi ilə üzləşib: “Söhbət həmin ərazidə 300-ə yaxin sahibkar və 500-dən çox ailəyə məxsus, təxminən 200 min baş xirdabuynuzlu və 10 min baş iribuynuzlu heyvanlardan ibarət 300 heyvandarlıq təsərrüfatının taleyindən gedir”. Gözəl Bayramlı bildirib ki, Həm Şamaxı, həm də Hacıqabul rayonlarının icra hakimiyyəti başçıları sahibkarları ayrı-ayrılıqda icra hakimiyyətinə çağıraraq onlardan icarələrində olan torpaqlardan yazilı şəkildə imtina etməyi tələb edir və bildirirlər ki, əks təqdirdə həmin ərazilər onlardan məcburi qaydada alınacaq. Teqlər : #'500dən çox ailənin torpağını əlindən almaq istəyirlər', Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu rayonların su təchizatı məhdudlaşdırılacaq Cənub bölgəsinə güclü qar yağıb - FOTO