500 əzadarlıq heyətinə İmam Rzanın (ə) yaşıl bayrağı hədiyyə edilib - FOTO

500 əzadarlıq heyətinə İmam Rzanın (ə) yaşıl bayrağı hədiyyə edilib - FOTO

Məhərrəm ayının astanasında Qüds Rəzəvi ostanının himayədarının iştirakı ilə keçirilən bir mərasimdə ölkə miqyasındakı əzadarlıq heyətləri İmam Rzanın (ə) yaşıl bayrağıyla bəzənib.
 
“Ləbbeyk ya Hüseyn (ə)", "Ləbbeyk ya Əbəlfəz (ə)" şüarları ilə İmam Rzanın (ə) hərəminin İmam Xomeyni zalında təşkil olunan mərasimə, ölkə miqyasından 500 əzadarlıq heyətinin nümayəndəsi iştirak edib. Mərasimdə Qüds Rəzəvi ostanının himayədarı höccətül-İslam Seyid İbrahim Rəisi çıxış edib.
 
Mərasimdə İmam Rzanın (ə) pak hərəminin bayrağı əzadarlıq heyətlərinin nümayəndələrinə təhvil verilib. Mərasimdə, həmçinin bir ilk də baş verib. Türkiyədən mərasimə qatılan İstanbul məscidlərinin məsulu və əzadarlıq heyətinin nümayəndəsi Kadir Akaras ilk dəfə təbərrük olaraq Rəzəvi yaşıl bayrağını təhvil alıb.
 
Mərasimdə "Əminallah" ziyarətnaməsi oxunub və sonra əzadarlıq keçirilib. (deyerler) /
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru