500 ukraynalı həlak oldu 11 Avqust 2014 01:00 Xəbərlər "Bu gün qondarma Donetsk Xalq Respublikasının İlovaysk yaşayış məskənində gedən döyüşlərdə 500 nəfər Ukrayna hərbçisi həlak olub". ANS PRESS-in məlumatına görə, bu haqda informasiyanı "Donetsk Xalq Respublikası"nın rəsmisi Tatyana Dvoryadkina yayıb. "İlovaysk yaxınlığında gedən gərgin döyüşlərdə bir gün içərisində Ukrayna silahlı qüvvələrinin 500 nəfər muzdlusu öldürülüb. Ölənlərin hamısı Ukrayna Milli Qvardiyası hesab edilən "Azov"un döyüşçüləridir", - deyə Tatnaya Dvoryadkina bildirib. Həlak olanlar arasında Latviya vətəndaşlarının da olduğu deyilir. Qeyd edək ki, bu informasiyanı hələ rəsmi Kiyev təsdiq etməyib. / Teqlər : #500 ukraynalı həlak oldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Avro-4”ə cavab verməyən maşınlarla bağlı- Şərtlər Azərbaycanlı qadının qan donduran fəryadı – Video