50 dərəcə istidə, dünyanın ən böyük xizək sürmə kompleksi

Dünyanın ən böyük xizək sürmə kompleksi 50 dərəcəyə kimi istiləri olan Dubayda tikiləcək. 
Maide.az xəbər verir ki, qapalı kompleksdə gündəlik  30 ton süni qar yağdırılacaq. Kompleksin tikintisinə 25 milyon dirhəm vəsait ayrılıb.  Kompleksdən kənarda 50 dərəcə isti olsada kompleksin içərisində havanın tempuraturu -3 -dən - 30 dərəcəyədək dəyişəcək. Kompleksin içərisində qış oyunları ilə bağlı müxtəlif avadanlıqlar quraşdırılacaq. Xizək sürmə zolaqları istifadəyə veriləcək. 
Kompleks 3 milyon 500 min kvadrat metr ərazidə tikilir. Kompeksin hündürlüyü 85 metr olacaq. Xizək sürmə kompleksinin birinci fazasının 2020-ci ildə başa çatacağı proqnozlaşdırılır. /
 
 
 
 

Google+ WhatsApp ok.ru