54 min ailəyə yox deyildi

54 min ailəyə yox deyildi

Son iki ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 rayon şöbəsinin rəhbəri fəaliyyətində ciddi nöqsanlara yol verdiyindən işdən azad edilib.
 
«Report»a bu haqda nazirlikdən məlumat verilib.
 
Məlumatda deyilir ki, hazırda 54 min ailə (213 min nəfər ailə üzvü) ünvanlı sosial yardım alır. Hər ailəyə orta hesabla ayda 178 manat sosial yardım ödənilir.
 
Nazirlik bildirir ki, sosial yardımın alınması üçün 90 minə yaxın müraciət daxil olub. Onlardan 57 min ailəyə sosial yardım təyin edilməsindən imtina edilib. 18 min 332 ailəyə isə sosial yardım təyin edilib.
 

Google+ WhatsApp ok.ru