56 milyon insana təcili ərzaq yardımı lazımdır

56 milyon insana təcili ərzaq yardımı lazımdır

BMT-nin məlumatına görə, müharibə və münaqişə baş verən 8 ölkədə qida çatışmazlığı artıb və 56 milyon insana təcili ərzaq yardımı lazımdır.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Dünya Qida Proqramı (WFP)  və Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatına görə, Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Demokratik Konqo Respublikası, Cənubi Sudan və Yəməndə ötən il qarşıdurmalar səbəbiylə qida çatışmazlığı artıb. 
 
Hesabata görə, beş ölkə o cümlədən Suriya, Somali və Yəməndə 56 milyon insana təcili ərzaq yardımı lazımdır. 
 
Hesabatda aclıq səviyyəsinin  "misli görünməmiş və qəbul edilməz dərəcədə" artdığı bildirilib. 
 
Hesabatda Yəməndə  dünyanın ən böyük humanitar böhranının yaşadığı da qeyd olunub.  
 
 

Google+ WhatsApp ok.ru