574 məktəblidə onurğa əyriliyi aşkarlanıb

574 məktəblidə onurğa əyriliyi aşkarlanıb

-- Yevlaxda 33 orta ümumtəhsil məktəbində 9228 şagird müayinələrə cəlb olunub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) skoliozun (onurğa əyriliyi) profilaktikasına həsr olunmuş sağlamlıq həftələri təşkil edib. Xəbəri Agentlik yayıb.
 
Xəbərə görə, sağlamlıq həftələri oktyabrın 13-26-da Mingəçevir şəhərində və Yevlax rayonlarında keçirilib.
 
Məktəbyaşlı uşaqlarda bu xəstəliyə daha çox rast gəlindiyi üçün Yevlax rayonunda fəaliyyət göstərən 33 orta ümumtəhsil məktəbində 9228 şagird müayinələrə cəlb olunub: "Müayinələrin nəticəsində 574 məktəblidə skoliozun ilkin əlamətləri aşkarlanmış və onlar ətraflı müayinə üçün ailə və ixtisas həkimlərinə yönləndirilmişdir".
 
Yevlax rayonunda və Mingəçevir şəhərində yerləşən Ailə Sağlamlıq Mərkəzlərinə müxtəlif yaş qrupuna aid olan 291 nəfər müraciət edərək tibbi müayinələrdən keçiblər.
 
Ümumilikdə isə skoliozun profilaktikası üzrə sağlamlıq həftələri çərçivəsində tibbi müayinələrdən keçənlərin sayı 9519 nəfər təşkil edib.
 
Aparılan müayinələr zamanı bir sıra patologiyalar erkən aşkarlanıb.
 
Belə ki, müayinəyə gələnlərin 567 nəfərində skolioz, 16 nəfərində kifoz, 4 nəfərdə isə onurğa deformasiyaları aşkarlanıb. Bundan əlavə, 100 nəfərdə 1-ci dərəcəli skolioz, 79 nəfərdə isə skolioza meyillilik olduğu aşkarlanıb.(contact.az)

Google+ WhatsApp ok.ru