5 əsrdə İmam Rzanın (ə) qəbrinin üzərinə 5 zərih quraşdırılıb – FOTO

5 əsrdə İmam Rzanın (ə) qəbrinin üzərinə 5 zərih quraşdırılıb – FOTO

Ötən 5 əsrdə İmam Rzanın (ə) qəbrinin üzərinə 5 zərih quraşdırılıb ki, Maide.Az həmin zərihlər haqqında qısa məlumatı təqdim edir. 
 
1. İlk zərih – Səfəvilər dövrü 
Tarixi mənbələrə əsasən İmam Rzanın (ə) qəbrinin üzərinə ilk dəfə zərih Səfəvilər dövründə quraşdırılıb. İlk zərih ağacdan hazırlanıb, üzərinə qızıl və gümüş işləmələr bərkidilib. İmam Rzanın (ə) qəbrinin üzərinə ilk zərih 975 hicri-qəməri ilində quraşdırılıb. Zərihin üzərində yazılmış yazılara görə, zərih Şah Təhmasib ibn İsmail Səfəvi tərəfindən 957-ci hicri qəməri ilində quraşdırılıb.
 
 
 
2. Qaşlı zərih 
İmam Rzanın (ə) qəbrinin üzərinə quraşdırılmış ikinci zərih 1160-cı hicri qəməri ilində quraşdırılıb. Bu zərih poladdan hazırlanıb və üzəri 2 minə yaxın  yaqut və zümrüd daşları ilə bəzədildiyi üçün ona "Qaşlı zərih" deyilib.  
Bu zərih Nadir Şah Əfşarın nəvəsi Rza Qulu Mirzanın oğlu Şahrox Mirzə tərəfindən hazırlanıb. Bu zərih beşinci zərih quraşdırılanadək 3-cü və 4-cü zərihin altında qəbrin üzərində olub, beşinci zərih quraşdırılarkən qaşlı zərih zirzəmiyə köçürülmüş və İmam Rzanın (ə) qəbrinin üzərinə quraşdırılmışdır.  
 
 
 
 
3-cü Zərih 
İmam Rzanın (ə) qəbrinin üzərinə quraşdırılan 3-cü zərih də poladdan hazırlanıb. Onun ölçüsü 3*4 metr və hündürlüyü isə 2 metr olub. Bu zərih Qacarilər dövründə 1238-ci hicri-qəməri ilində Fəthəli Şah Qacarın dövründə pak hərəmə quraşdırılb. Bu zərih 1959-cu ilədək İmam Rzanın (ə) qəbrinin üzərində qalıb. 
 
 
4-cü zərih 
İmam Rzanın (ə) qəbrinin üzərinə dördüncü zərih 1959-cu ildə (1338 hicri şəmsi) quraşdırılıb. Dördüncü zərihin uzunluğu 4 metr, eni 3 metr 60 santimetr və hündürlüyü isə 3.90 metr olub. On dörd məsumun adına uyğun 14 pəncərəsi var idi və çəkisi 7 ton olub. Üzərində qızıl və gümüş işləmələri olub. 
Zərihin üzərində "Yasin" surəsi və "Həl Əta" surəsi yazıılb. 
 
 
5-ci zərih
Sonuncu və 5-ci zərih 2000-ci ildə Qurban bayramı ərəfəsində Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin iştirakı ilə İmam Rzanın (ə) qəbrinin üzərinə quraşdırılıb. 
Bu zərihin çəkisi 12 tondur, hündürlüyü 3 metr 96 santimetr, ölçüləri isə 4,7 * 3,7 metrdir. 
Bu zərih dəmir, polad , qoz ağacı, qızıl və gümüş işləmələr ilə hazırlanıb. Zərihin üzərində “Yasin” surəsi və “Həl Əta” surəsi yazıılb 
 
 

Google+ WhatsApp ok.ru