5 milyon 600 min nəfər müqəddəs Məşhəd şəhərinə səfər edib

5 milyon 600 min nəfər müqəddəs Məşhəd şəhərinə səfər edib

Son 14 gündə Müqəddəs Məşhəd şəhərinə 5 milyon 600 min nəfər səfər edib
 
Maide.Az xəbər verir ki, bunu İranın Xorasan Rəzəvi əyalətinin səfər xidməti qərargahının sözçüsü Mehdi Furuzan deyib. 
 
M.Furuzan deyib ki, zəvvarların Məşhəd şəhərinə səfərində ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artım müşahidə olunur. “Ümumilikdə son bir həftə ərzində Xorasan Rəzəvi əyalətinə 8 milyon nəfər səfər edib ki, onlardan 5 milyon 600 nəfəri Məşhəd şəhərinin payına düşür”.
 
O deyib ki, zəvvarların 85 faizi öz şəxsi avtomobilləri ilə Məşhəd şəhərinə səfər edib. Sərnişinlərin və zəvvarların daşınmasında 9 faiz avtobusun, 2.5 faiz təyyarənin və 3 faiz isə qatarın payına düşür. /

Google+ WhatsApp ok.ru