6 ayda qiymətlər necə dəyişib?

6 ayda qiymətlər necə dəyişib?

-- Ərzaq məhsullarının qiymətləri 3 faiz artıb...

Dövlət Statistika Komitəsi 6 aylıq inflyasiya göstəricisini açıqlayıb.
 
Maide.Az "novator.az"a istinadən xəbər verir ki,  hesabata görə, 2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsulları və xidmətlər 2017-ci ilin ilk yarısına nisbətən 3 faiz bahalaşıb.
 
Ərzaq məhsullarının qiymətlərinin 3 faiz, qeyri-ərzaq mallarının qiymətlərinin 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərinin 2,4 faiz artığı bəyan olunub.
 
Rəsmi bilgiyə əsasən, iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6 faiz düşüb.
 

Google+ WhatsApp ok.ru