6-cı İmamdan (ə) 6 hədis-2

6-cı İmamdan (ə) 6 hədis-2

1. Dil və danışığın əhəmiyyəti

İmam Sadiq (ə) buyurmuşdur:

لا يَسْتَقِيمُ اِيمانُ عَبْدٍ حَتّى يَسْتَقْيمَ قَلْبُهُ، وَ لا يَسْتَقِيمُ قَلْبُهُ حَتّى يَسْتَقِيمَ لِسانِهُ

“Bəndənin qəlbi düzəlməyincə imanı düzəlməz, dili düzəlməyincə də qəlbi düzəlməz.” (“Biharul-ənvar”, c.75, səh.262.)

2. Həqiqi namaz qılanların məqamı

İmam Sadiq (ə) Abdullah ibn Cündəbin vasitəsilə şiələrinə belə buyurmuşdur:

یَا ابْنَ جُنْدَب قال اللّهُ جلّ و عزّ فی بَعضِ ما اَوْحی: اِنَّما اَقْبَلُ الصَّلاةَ مِمَّنْ یَتَواضَعُ لِعَظَمَتی و یَکُفُّ نَفْسَهُ عَنِ الشَّهَواتِ مِنْ اَجْلی و یَقْطَعُ نَهارَهُ بِذِکْری و لایَتَعَظَّمُ عَلی خَلْقی و یُطْعِمُ الْجائِعَ و یَکْسوُ الْعارِیَ وَ یَرْحَمُ المُصابَ و یُؤْوِی الْغَریبَ فَذلِکَ یُشْرِقُ نورُهُ مِثْلَ الشَّمسِ اَجْعَلُ لَهُ فی الظُّلْمَةِ نوراً و فِی الجَهالةِ حِلْماً اَکْلَأُهُ بِعِزَّتی وَ اَسْتَحْفِظُهُ ملائکتی یَدْعُونی فَاُلَبّیهِ و یَسْأَلُنی فَاُعْطیهِ فَمَثَلُ ذلک الْعَبدِ عندی کَمَثَلِ جَنّاتِ الفِردَوسِ لا یُسْبَقُ اَثمارُها و لاتَتَغَیَّر عن حالِها

“Ey Cündəbin oğlu! Allah-Taala bəzi vəhylərində belə buyurmuşdur: “Mən o kəsin namazını qəbul edirəm ki, Mənim əzəmətim qarşısında təvazökar olsun, Mənə görə özünü nəfsinin istəklərindən qorusun, gününü Məni yad etməklə sona yetirsin, insanların müqabilində təkəbbürçülük etməsin, acları doyursun, çılpaqları geyindirsin, müsibətə düçar olanlara rəhm etsin və qərib olanlara sığınacaq versin. Belələrinin nuru günəş tək parlayar. Qaranlıqda onun üçün nur, cəhalətdə helm və səbir qərar verərəm, onu Öz izzətimin pənahında saxlayaram, Öz mələklərimin vasitəsilə qoruyaram. Məni səslədikdə cavab verər və Məndən istədikdə əta edərəm. Belə bir bəndə Mənim dərgahımda Behişt bağlarına bənzəyir ki, onun meyvəsindən gözəl meyvə olmaz və heç zaman təravəti dəyişməz.”” (“Biharul-ənvar”, c.75, səh.279.)

3. Şeytanın iki tələsi

İmam Sadiq (ə) Abdullah ibn Cündəbə tövsiyəsində belə buyurmuşdur:

يا بْنَ جُنْدَب اِنَّ لِلشَّيطانِ مَصائدَ يَصْطادُ بها فَتَحامُوا شِباكَهُ و مَصائِدَهُ

“Ey Cündəb oğlu, (insanları) ovlamaq üçün şeytanın tələləri vardır. Elə isə, onun tələlərindən ehtiyatlı ol.”

Abdullah soruşur:

يا بْنَ رسولِ اللّهِ و ما هِىَ؟

“Ey Rəsuləllahın övladı! Həmin tələlər nədən ibarətdir?”

İmam (ə) buyurur:

اما مَصائِدُهُ فَصَدٌّ عَنْ بِرِّ الاِخوانِ، و اَمّا شِباكُهُ فَنَوْمٌ عَنْ قَضاءِ الصّلَواتِ الّتى فَرَضَهَا اللّهُ،

“Tələlərdən biri insanı öz din qardaşlarına yardımdan məhrum etməkdir. İkinci tələ isə Allahın vacib buyurduğu namazları vaxtında qılmamaq üçün insanların yuxuya getməsidir. (“Tuhəful-uqul”, səh.302.)

4. İmanın həqiqət və mahiyyəti

İmam Sadiq (ə) buyurmuşdur:

لإیمانُ أنْ یُطاعَ اللهُ فَلا یُعْصی

“İman odur ki, Allaha itaət edəsən, günaha düşməyəsən.” (“Üsuli-kafi”, c.2, səh.33, hədis 3.)

5. Cənnət və məğfirətə səbəb olan əməl

İmam Sadiq (ə) buyurmuşdur:

مِن مُوجِباتِ الجَنَّةِ و المَغفِرَةِ إطعامُ الطَّعامِ السَّغْبانَ

“Acı yedirmək Cənnət və məğfirətə (bağışlanmağa) səbəb olan əməllərdəndir.” (“Əl-məhasin”, c.2, səh.451.)

6. Üç nəfərin nicatına ümid yoxdur

İmam Sadiq (ə) buyurmuşdur:

إِنِّي لَأَرْجُو النَّجَاةَ لِهَذِهِ الْأُمَّةِ لِمَنْ عَرَفَ حَقَّنَا مِنْهُمْ إِلَّا لِأَحَدِ ثَلَاثَةٍ صَاحِبِ سُلْطَانٍ جَائِرٍ وَ صَاحِبِ هَوًى وَ الْفَاسِقِ الْمُعْلِنِ

“Mən bu ümmət içərisində bu üç nəfərdən başqa, bizim (Əhli-beytin) haqqımızı tanıyan hər kəsin (Qiyamət günü) nicat tapacağına ümid edirəm:

1. Zalım soltanla yoldaşlıq və dostluq edən;

2. Nəfs istəklərinə tabe olan;

3. Aşkar şəkildə günah edən.” (“Əl-xisal”, Şeyx Səduq, c.1, səh.119.)

Maide.az – Maarif bölümü

 

Google+ WhatsApp ok.ru