60 yaşdan yuxarı və 1 yaşdan kiçiklər risk qrupundadır - Xəbərdarlıq

60 yaşdan yuxarı və 1 yaşdan kiçiklər risk qrupundadır - Xəbərdarlıq

“Payız mövsümündə əhali arasında, adətən, kəskin respirator infeksiyalar və qrip xəstəliyi müşahidə olunur”.
 
Maide.Az  Ailem.az-a istinadən bildirir ki, bunu Bakı şəhərinin baş terapevti Rəhilə Əliyeva keçirdiyi mətbuat konfransında deyib.
 
O bildirib ki, törədicilər virus, bakteriya və ibtidailər ola bilər: “Risk qrupuna, əsasən, 65 yaşdan yuxarı olanlar və 1 yaşdan kiçik uşaqlar aid olur. Tənəffüs sistemi xəstələri, xroniki xəstəlikləri olanlar, hamilələr də risk qrupuna daxildir. Kənar şəxslərin köməyinə ehtiyacı olanlar da risk qrupuna aid edilir”.
 
Mütəxəssis qeyd edib ki, bu xəstəliklər mövsümi olduğuna görə soyuq havada çox qalmaq olmaz: “Əhalinin sıx toplandığı yerlərdən uzaq durmaq lazımdır. Geyimlər mövsümə uyğun olmalıdır. Yeni fəslə adaptasiya olmaq üçün həkimə müraciət etmək məsləhətdir. Tərkibində vitaminlər çox olan qidaları qəbul etmək mütləqdir. Aktiv həyat tərzi sürmək də məqbuldur”.
 

Google+ WhatsApp ok.ru