6300 Myanmalı müsəlman Banqladeşlə sərhəddə neytral zonada bu  ölkəyə keçməyi gözləyir

6300 Myanmalı müsəlman Banqladeşlə sərhəddə neytral zonada bu ölkəyə keçməyi gözləyir

Avqustun 27-dən  Banqladeş və Myanma sərhəddində  “Naykyanqçxari”  neytral zonasında 6300 Rohinciyalı müsəlman  bu ölkəyə keçməyi gözləyir. 
 
Maide.Az xəbər verir ki, Banqladeşin The Dailystar qəzeti yazır ki, Myanma ordusunun və ifratçı buddistlərin zorakılıqlarından qaçan 6300 Arakanlı müsəlman Banqladeş girmək üçün icazəni gözləyir. 
 
Avqustun 27-dən Banqladeş sərhəddindən neytral zonada gözləyən 6300 Rohinciyalı müsəlmanın əksəriyyəti qadın və uşaqlardır. 
 
Məlumatda bildirilir ki, Banqladeş Sərhəd Xidməti (BGB) müsəlman qaçqınlara tibbi yardım xidməti göstərir və onların ehtiyaclarını təmin etməyə çalışır.
 
Qəzet yazır ki,  Arakan müsəlmanlarına  hətta alış-veriş üçün  Tambour- bazara getmək üçün də icazə verilir, lakin onlar alış-verişdən dərhal sonra  neytral zonaya qayıtmalıdırlar. 
 
Qeyd edək ki, avqust ayının 25-dən Myanma müsəlmanlarına qarşı  təhlükəsizlik qüvvələri və ifratçı buddistlərin hücumları artıb. 
 
Bölgədə humanitar vəziyyət kəskin şəkildə pisləşib. Banqladeşə qaçan Arakan vilayətinin sakinlərinin sayı 515 min nəfəri keçib. 
 
 

Google+ WhatsApp ok.ru