650 ildir MİSMARSIZ dayanan məscid- FOTO

650 ildir MİSMARSIZ dayanan məscid- FOTO

Türkiyənin Kastamonu Daday rayonunda mismar istifadə edilmədən 1366-cı ildə inşa edilən Mahmud Bəy məscidi, 650 il keçməsinə baxmayaraq hələdə öz möhkəmliyini qoruyub saxlayıb.
 
Maide.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 1366-cı ildə mismar istifadə edilmədən tikilən və taxta işləmələri ilə diqqət çəkən Mahmud Bəy məscidi, 650 il keçməsinə baxmayaraq hələ də ibadətə açıqdır. Yanğın riskinə qarşı elektrik çəkilməyən məscid 2014-cü ildən bəri YUNESKO-nun Dünya İrsi siyahısına alınıb. 
 
1366-ci ildə Candaroğlu bəylərindən Adil Bəyin oğlu Əmir Mahmud Bəy tərəfindən tikdirilən Mahmud Bəy məscidi, xaricdən daş görünüşə malik olmasına baxmayaraq daxili bəzəkləri və mismarsız tikilməsi görənləri heyran edir.
 
Məscid bərpa edildiyi dövrdən başqa bütün müddətdə ibadət və ziyarətə açıq saxlanılıb. 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru