65 iranlı zəvvarın taleyi qaranlıq qalır

İran Həcc və Ziyarət Təşkilatının rəhbəri deyib ki, indiyədək Mina faciəsi zamanı həyatını itirmiş 377 iranlı zəvvarın cənazəsi bizə verilib, lakin hələ də digər 65 zəvvarımızdan məlumatsızıq.
 
Maide.az-ın məlumatına görə, Səid Ovhədi müsahibəsində Ciddə və Məkkə şəhərlərində yerləşən iki morqda axtarışların hələ də davam etdiyini bildirərək, əlavə edib ki, bu gün vəfat etmiş daha iki İran vətəndaşının cənazəsini Ərəbistan rejimi rəhbərliyindən qəbul etdik: "Bu gün, həmçinin həyatını itirmiş zəvvarlarımıza məxsus bir sıra şəkillər və əşyaları morqlardan birində bizə verildi, hal-hazırda onlar araşdırılır."
 
Ovhədi, ötən gün Səudiyyə rejimi işçilərinin yarım iş günü çalışdıqlarını diqqətə çatdıraraq, deyib: Elə buna görə, dünən bir neçə cənazənin Vətənə göndərilməsi baş tutmadı və sabah onların dəqiq ölkəyə göndərilməsi vaxtı tərəfimizdən bildiriləcək.
 
Həcc və Ziyarət Təşkilatının sədri, iranlı hacıları daşıyan sonuncu təyyarənin bazar ertəsi günü Ciddə şəhərindən Tehrana uçacağını qeyd edərək, deyib: Viza problemimiz olmadıqca, həyatını itirmiş 65 iranlı zəvvarın ailələrinin narahatçılığını azaltmaq üçün tam gücümüzlə Ərəbistanda qalıb axtarışlarımıza davam edəcəyik./

Google+ WhatsApp ok.ru