68 nəfərin öldüyü təyyarədən 13 nəfər sağ çıxdı-YENİLƏNİB

68 nəfərin öldüyü təyyarədən 13 nəfər sağ çıxdı-YENİLƏNİB

11:46
 
Kolumbiyada göyərtəsində 81 nəfərin olduğu təyyarə qəzaya uğrayıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Boliviyadan havaya qalxan təyyarə Medelyin şəhərində eniş etməli idi.
 
Yerli KİV-in məlumatına görə, göyərtədə Braziliyanın “Şapekoense” klubunun 27 üzvü və jurnalistlər də olub.
 
Klub üzvləri Cənubi Amerika Kubokunun finalında Kolumbiyanın “Atletiko Nasyonal” klubu ilə qarşılaşmalı idi. Son məlumata görə hadisə zamanı 13 nəfər sağ qalıb.
 
 
10:51
 
Kolumbiyada Braziliyanın "Şapekoense" futbol klubunun oyunçularının da olduğu təyyarə qəzaya uğrayıb.
 
Maide.Az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, "Univision" telekanalının məlumatına əsasən, təyyarədə 72 sərnişin və 9 ekipaj üzvü olub. Futbolçular Cənubi Amerika Kubokunun oyununda iştirak etmək üçün Medelin şəhərinə gedirmişlər.
 
Boliviyadan Kolumbiyanın Medelyin şəhərinə uçan təyyarə Rioneqro şəhəri ətrafında radardan itib. Ekipaj komandiri Medelyin hava limanının dispetçerlərinə yanacağın bitdiyi barədə xəbər verib. Hava limanı təyyarənin enişi üçün şərait yaradıb, lakin təyyarə aeroporta çata bilməyib. 
 
Əvvəlcə təyyarədəkilərin hamısının öldüyü bildirilsə də, bir qədər sonra “360 Radio” kanalı bəzi sərnişinlərin sağ qaldığı barədə xəbər yayıb. 
 
Braziliya çempionatının yüksək divizionunda çıxış edən “Şapekoense” komandası Medelyində Cənubi Amerika Kuboku çərçivəsində Kolumbiyanın “Atletiko Nasyonal” komandası ilə qarşılaşacaqmış. Komandanın kapitanı əvvəl Madrid “Atletiko”sunda çıxış etmiş Kleber Santanadır.  
 
 
 
 
 

Google+ WhatsApp ok.ru