6 ayda istehsalatda bədbəxt hadisələr nəticəsində 24 nəfər ölüb

6 ayda istehsalatda bədbəxt hadisələr nəticəsində 24 nəfər ölüb

Bu ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə 3964 şikayət ərizəsi, hüquqi şəxslərdən isə 3 min 106 məktub daxil olub.
 
Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə "Strateji əməletmə planlaşdırılmasına Beynəlxalq Əmək Təşkilatının yanaşması. Əməyin təftişi və məşğulluq siyasəti" mövzusunda keçirilən konfransda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib.
 
Nazir müavini qeyd edib ki,  istehsalatla əlaqəli bədbəxt hadisələrdə 24 nəfər həyatını itirib, 94 nəfər xəsarət alıb”.
 

Google+ WhatsApp ok.ru