6 ayın əsgəri müəmmalı şəkildə həlak oldu

Azərbaycan ordusu daha bir itki verib. Əldə etdiyimiz məlumata görə, Qazaxın Kəmərli kəndində hərbi xidmətdə olan Rüstəmov Balaəhməd Fazil oğlu müəmmalı şəkildə həlak olub.
 
B.Rüstəmov Bakının Xəzər rayonundan hərbi xidmətə çağırılıb və 6 ay imiş xidmət edirmiş.
 
Mərhumun cənazəsi hərbi hissədən yaşadığı ünvana gətirilib. Meyiti gətirən hərbçilər onun postda ermənilərin açdığı atəş nəticəsində həlak olduğunu deyiblər.
 
Mərhumu ailəsi isə buna inanmır. Atası Fazil Rüstəmov deyir ki, əgər ermənilərin açdığı atəşdən həlak olubsa, deməli ona şəhid adı verilməlidir. Amma onunla heç maraqlanan da yoxdur.
 
Mərhumun anası Sürəyya Rüstəmova isə ölüm faktının araşdırılmasını tələb edir. “6 ayın əsgərini niyə posta çıxarıblar? Gəlib izahat versinlər. 3 bacının bir qardaşı idi. 18 yaşı var idi. Balamı öldürdülər…”, – deyə S.Rüstəmova bildirib. azadliq.info /
 

Google+ WhatsApp ok.ru