6 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri yayıldı

6 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri yayıldı

Mənzil başına çatmaq ümidi ilə evdən çıxdılar, ancaq son mənzilə getdilər. Dəhşətli qəza Sumqayıtda baş verib.
 
İki avtomobilin toqquşması 6 nəfəri həyatından edib.
 
Ötən gecə Bakı-Quba magistral avtomobil yolunun 40-cı km-də ağır yol qəzası baş verib.
 
Sumqayıtın H.Z.Tağıyev qəsəbəsi ərazisində Abşeron rayon sakini Elyar Bayramovun idarə etdiyi “Volkswagen” və Tovuz rayon sakini Elnur Məmmədovun idarə etdiyi “VAZ-21102” markalı avtomobillər toqquşub.
 
Hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
 
Qəza zamanı hər avtomobildə üç nəfər olmaqla ümumilikdə 6 nəfər dünyasını dəyişib.
 
Onların sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. (Region TV)
 

Google+ WhatsApp ok.ru