700 bal toplamış abituriyentlərin əsas seçimi `ADA` Universiteti oldu

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəmiş abituriyentlərin ixtisas seçimi bu gün saat 09:00-da bitdi.
 
35995 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək, öz elektron ərizəsini  təsdiqləyib. İxtisas seçimi edənlər arasında 700 bal toplamış abituriyentlər də var.
 
Maraqlıdır ki, bu abituriyentlərin çoxu ixtisas seçimi zamanı "ADA" Universitetinə üstünlük verib.
 
Maksimum nəticə göstərmiş 9 abituriyentdən 4-ü (Samir Rzayev, Könül Qurbanlı, Qoşqar Qədimbəyli, Nurlan Quluzadə) "ADA"  Universitetini seçib. 
 
"ADA" Universiteti prezidentin 13 yanvar 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları Universitetinin əsasında yaradılıb. Qeyd edək, Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər də ötən il "ADA" Universitetinə daxil olub. 

Google+ WhatsApp ok.ru