70 nəfər yıxılaraq travma alıb

70 nəfər yıxılaraq travma alıb

Bakıya yağan güclü qar və yolların buz bağlaması nəticəsində 70 nəfər yıxılaraq əzilib və travma alıb.
 
Maide.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.
 
O bildirib ki, həmin şəxslərdən 60 nəfəri xəstəxanalara yerləşdirilib.
 
Baş həkim qeyd edib ki, müraciətlər şəhərin müxtəlif hissələrindən daxil olub. 
 

Google+ WhatsApp ok.ru