7121 şagird buraxılış imtahanı verəcək

-- İmtahanlar bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır.

Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 15-də ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar və üzrlü səbəbdən mart ayında keçirilən buraxılış imtahanlarının birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) üçün imtahanlar keçiriləcək.
 
Maide.Az bildirir ki, DİM-in mətbuat xidmətindən verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Yevlax, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.
 
İmtahanlar bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır. 
 
İmtahanda 7121 (Bakıda 2017, Naxçıvanda 452, Gəncədə  856, Sumqayıtda 356, Yevlaxda 21, Şəkidə 422, Bərdə şəhərində 727, Göyçay şəhərində 384, Şirvan şəhərində 653, Lənkəran şəhərində 795, Xaçmazda 438) nəfərin  iştirakı nəzərdə tutulur.
 
İmtahanların idarə olunması üçün 49 imtahan rəhbəri, 599 nəzarətçi-müəllim ayrılıb.
 
 
 

Google+ WhatsApp ok.ru