7,5 ballıq zəlzələ 30 can aldı

7,5 ballıq zəlzələ 30 can aldı

-- Zəlzələ həmçinin hava nəqliyyatının fəaliyyətinə təsir göstərib

Papua-Yeni Qvineyada zəlzələ nəticəsində ölənlərin sayı 30 nəfəri ötüb, 300-dək insan xəsarət alıb.
 
Maide.Az "APA"-a istinadən xəbər verir ki,  bundan əvvəl 10 nəfərin öldüyü bildirilirdi.
 
Məlumata əsasən, ölkə ərazisində çox sayda tikililərə ziyan dəyib, elektrik enerjisi təchizatı pozulub.
 
Zəlzələ həmçinin hava nəqliyyatının fəaliyyətinə təsir göstərib.
 
Qeyd edək ki, ötən gün Papua-Yeni Qvineyada 7,5 bal gücündə zəlzələ baş verib.
 

Google+ WhatsApp ok.ru