75 yaşında universiteti bitirdi, diplom aldı

75 yaşında universiteti bitirdi, diplom aldı

BƏƏ vətəndaşı Əli Məhəmməd Naci 75 yaşında arzusuna çatdı. 
 
Maide.Az  “islam.ru” saytına istinadən xəbər verir ki,  ali təhsilini başa vuran Ə.M. Nacinin məzuniyyət mərasiminin fotosunu oğlu Əli Faxid Naci sosial şəbəkələrdə yayımlayıb. 
 
“Atam ali təhsil almaq qərarına gəldi və 75 yaşında təhsilini başa vurdu. Atamla fəxr edirəm”, -deyə Ə.Faxid yazıb. 
 
Qeyd edək ki,  Ə.M. Naci təqaüdə çıxdıqdan sonra iki illik ali təhsil alıb və məzun olub. 
 

Google+ WhatsApp ok.ru