800 min əcnəbi işçi Səudiyyə Ərəbistanını tərk edib

800 min əcnəbi işçi Səudiyyə Ərəbistanını tərk edib

-- xarici investisiya 7.5 milyard dollardan 1.4 milyard dollara enib

Uzun müddət neftin qiymətinin aşağı düşməsilə boğuşan Səudiyyə Ərəbistan bu dəfə xarici investisiyalarda azalma və yüksək kapital çıxışının məngənəsindədir.
 
2017-ci ildə ölkədəki birbaşa xarici investisiya 7.5 milyard dollardan 1.4 milyard dollara enərək son 14 ilin ən aşağı səviyyəsini görüb. Beynəlxalq Maliyyə İnstitutunun məlumatlarına görə, kapital çıxışı 101 milyard dollar, yəni Səudiyyə Ərəbistanının ümumi daxili məhsul istehsalının 15%-ni təşkil edib.
 
Bu proseslər ilə, 2016-ci ilin sonundan bu yana ölkədəki 11 milyon əcnəbi işçidən 800 mininin Səudiyyə Ərəbistanını tərk etdiyi bildirilir. Bu böyük işçi qüvvəsi çıxışının ardından, xüsusilə özəl sektor məşğulluğunda yaranan boşluğun ölkə daxilindən doldurulmasının çətin olduğu və yerli şirkətlərin narahat olduğu bildirilir.
 
Məhəmməd Bin Salman isə bu vəziyyəti fürsətə çevirərməyə çalışır. Belə ki yerli işçiləri rəsmi adı Nitakat deyilən məşğulluğu yerliləşdirmə proqramı üzərində işləyir. Məqsəd 2020-ci ilə qədər 450 min Səudiyyəli üçün məşğulluq təmin etməkdir. Amma bəzi xəbər saytlarının məlumatına görə, bu proqram elədə uğur qazana bilmir. Çünki  yerli əhalidən ixtisaslı işçilər gedən əcnəbi işçiləri əvəz etmə gücündə deyil. 
 
 

Google+ WhatsApp ok.ru