83 nəfər Ukrayna prezidentliyinə namizəd olmaq istəyir

83 nəfər Ukrayna prezidentliyinə namizəd olmaq istəyir

Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) 31 mart prezident seçkisi üçün sənəd qəbulunu sona çatdırıb. Qurum 83 nəfərin namizədliyini irəli sürdüyünü bildirir.
 
MSK fevralın 4-də bildirib ki, ərizələrdən 28-ni təsdiqləyib, 22-si rədd olunub, 33-ü hələ nəzərdən keçirilir.
 
Komissiya qeydiyyata alınmış namizədlərin son siyahısını fevralın 9-dan gec olmayaraq rəsmi elan etməlidir.
 
Son rəy sorğuları indiki Prezident Petro Poroshenko, keçmiş baş nazir Yulia Tymoshenko və komediyaçı Volodymyr Zelenskyy-nin seçkidə öndə gedən namizədlər olacağını göstərir
 
QƏRBPƏRƏST NAMİZƏDLƏR
 
Hətta rəy sorğularında Tymoshenko prezidenti qabaqlayır.
 
53 yaşlı Poroshenko yanvarın 29-da namizədliyini elan edib. O, daha 5 il müddətinə prezident seçilərsə, ölkənin Avropa Birliyi və NATO-ya üzvlüyünə çalışacağını bildirib.
 
Ukraynanın ən zənginlərindən olan Poroshenko hakimiyyətə 2014-cü ildə, avropayönlü Maydan etirazları nəticəsində moskvapərəst prezident Viktor Yanukovych devriləndən sonra gəlib.
 
O, Qərblə sıx inteqrasiyanı təşviq edir, Rusiyanın Ukraynanın Krım regionunu ilhaq etməsini pisləyir.
 
Tənqidçilər Poroshenko-nun korrupsiyayla davamlı mübarizə apara bilmədiyini desələr də, o, korrupsiya işləri üzrə xüsusi məhkəmənin artıq bu il yaradılacağını bəyan edib. Qərb rəsmiləri korrupsiyanın Ukraynada rifah və təhlükəsizliyə böyük əngəl olduğunu deyirlər.
 
58 yaşlı Tymoshenko seçkiyə gedəcəyini yanvarın 22-də açıqlayıb. O, 2004-cü ilin Narıncı İnqilabının liderlərindən olub, amma 2014-də Poroshenko-ya məğlub olub.
 
Tymoshenko da özünü NATO, AB tərəfdarı olan namizəd kimi təqdim edir.
 
Baş nazirin keçmiş müavini Yuriy Boyko da qeydə alınmış namizədlər siyahısındadır. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru