8 İran universiteti dünyanın 800 ən yaxşı universiteti arasında

8 İran universiteti dünyanın 800 ən yaxşı universiteti arasında

İslam dünyasının Elmi İstinad Mərkəzinin başçısı deyib ki, 8 İran universiteti ilk dəfə olaraq, Dünya universitetlərinin akademik reytinqi və ya Şanxay reytinqi əsasında dünyanın 800 ən yaxşı univesiteti arasında yer alıb. 
 
İslam dünyasının Elmi İstinad Mərkəzinin başçısı Məhəmməd Cavad Dehqan bu gün jurnalistlərə açıqlamasında bildirib ki,  Şanxay reytinqi 2017-ci ildə 15 ildir ki, ardıcıl olaraq dünyanın ən üstün universitetinin siyahısını hazırlayır. Həmin siyahıya əsasən Tehran Universiteti dünyanın 400 üstün universiteti, Əmir Kəbir və Şərif sənaye universitetləri, Tehran Tibb Elmləri Universiteti, Məşhədin Firdovsi, İsfahanın Sənaye, həmçinin Tehranın Şəhid Beheşti universitetləri dünyanın 800 ən üstün universiteti arasında yer alıb. 
 
Şanxay reytinqi beynəlxalq səviyyədə üç mötəbər reytinqdən biridir. Təhsilin keyfiyyəti, elmi heyət üzvlərinin keyfiyyəti, tədqiqat fəaliyyəti və adambaşına düşən fəaliyyət Şanxay reytinqi sistemində dörd meyardır.
 
Qeyd edək ki, 2017-ci il üzrə beynəlxalq Şanxay reytinqində İran səkkiz, Türkiyə yeddi və Malayziya beş universitetlə dünyanın 800 ən üstün universiteti arasında qərar tapıblar.(irib)

Google+ WhatsApp ok.ru