9/11 qanunu və Trampın Səud siyasəti

9/11 qanunu və Trampın Səud siyasəti

2001-ci il 11 sentyabrda 850 nəfər həlak olmuş və 500 nəfərə qədər yaralanmış insanın yaxınları Səud rejimini məhkəməyə verib.
 
Səud rejimi birbaşa və dolayısı yolla terrorizmə dəstəkdə ittiham olunur. Xatırladaq ki, 2016-cı ilin payızında ABŞ-da qəbul olunmuş "JASTA" adlı qanun layihəsinə əsasən Səud rejimi 2001-ci 11 sentiyabr qurbanlarına təzminat ödəməlidir. Hazırda Səud rejimi bəhs olunan qanunun ləğvi üçün Trampa təzyiq edir.
 
 
Bir həftə əvvəl bu hadisə ilə əlaqədər 2001-ci ildə həlak olanlardan birinin yaxını Kristian Bretvayzer Trampa açıq məktub göndərib və Riyadın məhkəmə verilməsini tələb edib. Bretvayzer belə hesab edir ki, terrorçular məhz Səud rejimindən maliyyə dəstəyi alıb.
 
Qeyd edək ki, bu qanun layihəsi qəbul olunan zaman Obama buna veto qoymaq istəmişdi. Bu addımını da ABŞ-ın Yaxın Şərq siyasətinin daha da ağırlaşdırılmaması naminə atdığını bildirmişdi. Elə onun bu sözlərini Tramp seçki kampaniyasında istifadə etmişdi və bildirmişdi ki, Obamanın bu sözləri, yəni bu qanunu qəbul etmək istəməməsi demokratiyaya ləkədir və onun iflasıdır. İndi Ağ evdə Obamanın yerində oturam Tramp həmin qanunla öz münasibətlərini ayırd etməyə çalışır.
 
 
2017-ci ilin yanvarında ABŞ hökuməti dünyada bir nömrəli terrorçu artıq Səud rejimini deyil, İranı adlandıranda bu artıq yeni nəfəs oldu. Mart 2017-ci il ikinci vəliəhd Məhəmməd ibn Salman ABŞ-a gəldi və Trampla görüşdü. Şahzadənin ətrafındakılar əlbətdə ki, "JASTA"-nın ləğvindən söhbət açırdı. Bretvayzer öz məktubunda Riyadı lobbiçilikdə ittiham edir. Lakin bir məsələ vurğulanır ki, ola bilsin ki, Səud monarxiyasının bu terror aktı ilə dolayı əlaqəsi olsun. Ona görə zərərçəkmişlərin məktubundan sonra Trampın gələcəkdə hansı mövqeyi tuması çox maraqlı olacaq. (islaminsesi) /

Google+ WhatsApp ok.ru