91 ölkə vətəndaşı Kərbəlaya səfər edib

91 ölkə vətəndaşı Kərbəlaya səfər edib

-- Şələmçə sərhəd-buraxılış məntəqəsi vasitəsilə

İranın Şələmçə sərhəd-buraxılış məntəqəsindən Ərbəin ziyarəti üçün İraq torpağına  91 ölkə vətəndaşı keçib. 
 
Maide.Az İranın Tasnim xəbər agentliyinə istinadən xəbər verir ki, bunu  Şələmçə sərhəd-buraxılış məntəqəsinin rəhbəri Camal Həmidi deyib. 
 
C.Həmidi deyib ki,  Səfər ayının ilk günündən indiyədək  Şələmçə sərhəd-keçidi vasitəsilə 154 min  282 nəfər dünyanın 91 ölkəsindən İraqa səfər edib. 
 
O deyib ki, bu müddət ərzində Şələmçə sərhədi vasitəsi 582 min iranlı zəvvar Kərbəlaya səfər edib. 
 
C.Həmidinin sözlərinə görə,  Ərbəin ziyarətinə getmiş zəvvarlardan 15 min nəfəri artıq geri dönüb və hazırda zəvvarları qarşılamaq və digər əyalətlərə yola salmaq üçün sərhəddə 400 avtobus tədarük görülüb. 
 

Google+ WhatsApp ok.ru