Sərhədsiz Reportyorlar 'Pegasus' casus proqram ixracatını dayandırmağa çağırıb

Sərhədsiz Reportyorlar 'Pegasus' casus proqram ixracatını dayandırmağa çağırıb

Sərhədsiz Reportyorlar təşkilatı işğalçı sionist rejimə aid şirkət tərəfindən istehsal olunan “Pegasus” casus proqramının ixracatını dayandırmağa çağırıb. 
 
Maide.Az "Deyerler.org"a istinadla xəbər verir ki,  “Pegasus” casus proqramı işğalçı sionist rejimin hərbi kəşfiyyat bölmələrinin məzunları tərəfindən idarə olunan “NSO Group” sionist şirkət tərəfindən hazırlanmışdır. 
 
Sionist şirkət jurnalistlərə və digər tərəflərə qarşı casusluq edən və mobil telefonlara qanunsuz daxil olmaq üçün istifadə olunan “Pegasus” casus proqramını bir neçə ərəb və qeyri-ərəb ölkəsinə satıb.
 
Qeyd edək ki, İsrail rejiminin “Pegasus” casus proqramı barədə ilk dəfə 2016-cı ildə məlum olub.
 
Xatırladaq ki, İsrail rejiminin “Pegasus” casus proqramı barədə sızan məlumata görə, casusluq edilən şəxslər arasında Dubay hakimi  Məhəmməd bin Raşid Al Məktumun qızı,  keçmiş arvadı və bir sıra qohumlarının da adı var.  

Google+ WhatsApp ok.ru