9 il sonra yeni səfir Suriyada öz işinə başladı

9 il sonra yeni səfir Suriyada öz işinə başladı

Oman hökumətinin Suriyaya təyin etdiyi Türki Mahmud əl-Busai bu ölkənin Xarici İşlər naziri Vəlid Muallim ilə görüşüb. 

 Görüş zamanı yeni səfir etimadnaməsini Suriya Xarici İşlər naziri Vəlid Muallimə təqdim edib. 

 Bundan əlavə görüş zamanı iki ölkə arasındakı münasibətlər, qarşılıqlı əlaqələr və razılaşmalar müzakirə olunub.   

Xatırladaq ki, 2011-ci ildən sonra ilk dəfə bir Körfəz ölkəsi Suriyaya yeni səfir göndərir.  /eastnews.org/

Google+ WhatsApp ok.ru