9 yaşlı uşaq qəbir daşının altında qalıb öldü

9 yaşlı uşaq qəbir daşının altında qalıb öldü

Masallı rayonunda bədbəxt hadisə baş verib.
 
Trend-in məlumatına görə, hadisə rayonun Şıxlar kəndində qeydə alınıb.
 
Kənd sakini, 2011-ci il təvəllüdlü Əhəd Səmədov yaxınlıqdakı qəbiristanlıqda oynayarkən qəbir daşlarından biri uşağın üzərinə aşıb. Hadisə nəticəsində uşaq daşın altında qalaraq ölüb.
 
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 

Google+ WhatsApp ok.ru