ƏLƏVİ HÖKUMƏTİNİN NİZAMNAMƏSİ

ƏLƏVİ HÖKUMƏTİNİN NİZAMNAMƏSİ

Təqdim etdiyimiz bu kitab Maide.Az saytı tərəfindən tərcümə edilib və əziz oxuculara təqdim olunur! Bu kitab “Nəhcül-bəlağə”nin şərhi ilə bağlı 12 söhbətdən ibarətdir və 1973-1974-cü illərdə İmam Həsən Müctəba (ə) və Kəramət məscidlərində bəyan edilmişdir. Təəssüflər olsun ki, indiyə qədər bu bəhslərin digər səs yazıları və yazılı mətnlərini əldə edə bilməmişik. Ümid edirik ki, bu dəyərli kitabdan faydalanmaqla bərabər, islami dövlət və cəmiyyətin digər təbəqələrinin tərəqqisinin şahidi olacağıq. İnşallah! İslamın həyatbəxş məktəbi həm fərdin maddi və mənəvi təkamülünə, həm də cəmiyyətin tərəqqi və yüksəlişinə zəmanət verən mükəmməl bir proqrama malikdir. İslama görə, hökumətin təşkili ləyaqətli hakimlərin – həyatda və aşkarda olduqları vaxt məsumların (ə), qeyb dövründə isə “vəliyyi-fəqih”in tanıtdırılması ilə möminlərin ixtiyarına verilmişdir.

Google+ WhatsApp