Ən yaxşı namaz

Ən yaxşı namaz

Heyfdir ki, insan səfalı cənnətin yanında bir ömür yaşasın, amma ona baş çəkməsin, əzizlərini ona sövq etməsin. İlahi vəhy böyük Peyğəmbərə (ə) belə fərman verdi: “Əhlinə (ailənə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona səbirlə davam et!“ (Taha/132) Bu gün sizin hamınız özünüzü bu müraciətin ünvanı sayın, müqəddəs həqiqət, dəyərli gövhər və Allahın Məhəmməd Mustafa (s) ümmətinə hədiyyəsi olan namazın qədrini bilin!
 
Namaz hətta bizim İslam quruluşumuzda da özünün layiqli yerini tapmamışdır. Bu ağır məsuliyyət alimlərin və İslam maarifi ilə tanış olanların öhdəsinə düşür. Onlar namazı hamıya, xüsusən də gənc nəslə daha yaxşı tanıtdırmalıdırlar. İbtidai məktəb uşağından yüksək pilləli tədqiqatçıya qədər hər kəs namazı və onun sirlərini öz zehninə və bilgisinə uyğun şəkildə tanımaq yoluna qədəm qoya və bilmədikləri ilə tanış ola bilərlər.
 
Bizim cəmiyyətimizdə namazı bütün səviyyələrdə tanıtdırmaq üçün mühüm bir dövr başlanmalıdır. Media orqanları, xüsusən də radio və televiziya müxtəlif üsullarla namazı tanıtdırmalı və yada salmalıdırlar. Hər yerdə və həmişə radio və televiziyada namaz birinci olmalı, qəlblərdə iman şövqü və Allahı yad etməyin susuzluğu yaranmalıdır. Məktəb və universitetlərin dini dərslərində namaz dərsi öz yerini tapmalı, namazı öyrənməkdə biçimli sözlər və uca fikirlər hazırlanıb tələbə və şagirdlərin zehninə və qəlbinə təqdim olunmalıdır.
 
Namazın fəlsəfəsi, onun sirlərinin və rəmzlərinin təhlili sənət dili ilə hamıya təqdim olunmalıdır ki, hər kəs öz tutumu qədər ondan faydalansın. Tədqiqatçı və alimlər tərəfindən müxtəlif səviyyələrdə və müxtəlif aspektlərdən kitab və broşürlər yazılmalı, incəsənət və ədəbiyyat işlərinin mətninə çevrilməlidir.

Google+ WhatsApp