“Avropa ölkələri deyəsən, bizdən yalnız neft istəyirlər” 27 İyun 2014 01:00 Siyasət MM-in bu günkü iclasında Zahid Oruc Avropa Birliyinin yaxın qonşuluq siyasəti ilə bağlı viza rejiminin sadələşdirilməsi haqda öhdəlik götürməsindən danışıb: “Bu gün biz Rusiyaya vizasız gedib-gəlirik. Ancaq bunu Avropa ölkələrindən tələb etmirik. Avropa ölkələri deyəsən, bizdən yalnız neft istəyirlər. Ancaq öz öhdəliklərinə əməl etmirlər. Bəzilərinə lazım olanda 5 illik viza verirlər, onu aeroporta qədər müşayiət edirlər, ancaq bizim vətəndaşlar viza üçün zülüm çəkir”. Z.Oruc onu da vurğulayıb ki, xalqın adından kimlərinsə ermənilərlə “xalq diplomatiyası” adı altında görüşlər keçirtməsinə qadağa qoyulmalıdır. Teqlər : #Avropa ölkələri deyəsən,#bizdən yalnız neft istəyirlər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Avropanın Azərbaycana bu qədər diqqətinin şahidi olmamışdım” Bakıda ATƏT-in iclası başladı
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video