“Müsəlman dünyasına qarşı “Səlib Yürüşü” davam edir”

Zərdüşt Əlizadə: `Bundan ötrü də Misirin, Səudiyyə Ərəbistanın, Qətərin satqın hökumətindən istifadə edilir`

Sionist İsrail rejimi Qəzzzanı növbəti dəfə avizərbələr vasitəsi ilə bombardman edib. Bombardman nəticəsində onlarla ölən və yaralanan var. Ölənlərin arasında isə uşaqlar da var. Dünya ictimaiyyət hələ də bu qətlama lazımı reaksiyasını verməyib.
 
Mövzu ilə bağlı Deyerler.org-a  fikirilərini bölüşən politoloq Zərdüşt Əlizadə deyib ki, böyük müsəlman dövlətlərini parçalayıb, hökmüranlıq etmək siyasətləri davam edir: “Bu ümumi müsəlman dünyasına qarşı yürüdülən “Səlib Yürüşü”nün növbəti mərhələsidir. Müsəlmanların sərvətlərini istədikləri qiymətə daşıyırlar. Böyük müsəlman dövlətlərini parçalayıb, hökmüranlıq etmək siyasətlərini davam etdirirlər. Hakim zümrələrin xeyli hissəsini satın alıblar. Həmin zümrələr onların əmri ilə hərəkət edir. Sadə xalq isə bu münaqişələrdə ən çox əziyyət çəkən tərəf olur.Həmçinin İsrailin  yeni hücumu da bu cür dəyərləndirilməlidir. Fələstin torpaqlarının ilhaq proseslərinə mane olan  yeganə sayılan qüvvə HƏMAS-dır. Bu baxımdan İsrailin Qəzzaya olan hücumları bitmək bilmir. Məqsəd də HƏMAS-ı məhv etməkdir. Bundan ötrü də Misirin, Səudiyyə Ərəbistanın, Qətərin satqın hökumətindən istifadə edilir”.

Google+ WhatsApp ok.ru