Əlləri ilə Argentinanı finala apardı - Video

Bu gecə Braziliyada keçirilən futbol üzrə dünya çempionatında ikinci finalçının adı məlum olub. Yarımfinal matçında Hollandiya və Argentina milliləri görüşüb.

Əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatan matçın qalibi penalti seriyasında müəyyənləşib. Cənubi Amerika təmsilçiləri daha dəqiq olub – 4:2.

Xatırladaq ki, yarımfinal mərhələsinin ilk oyununda Almaniya Braziliyanı 7:1 hesabı ilə darmadağın edərək finala vəsiqə qazanmışdı.

Beləliklə, iyulun 13-də Dünya Çempionatının finalında Almaniya və Argentina komandaları qarşılaşacaq.

Google+ WhatsApp ok.ru